"Premyer Liqanın oyunlarını təkli oyun proqramında görəcəksiniz"

"Premyer Liqanın oyunlarını təkli oyun proqramında görəcəksiniz"
"Topaz Premyer Liqasının oyunlarının mərc proqramına təkli şəkildə daxil edilməsinin biz də tərəfdarıyıq. Buna müsbət rəy olarsa gələcəkdə Premyer Liqanın da oyunlarını təkli və canlı oyun şəkildə oyun proqramında görəcəksiniz. Premyer Liqamıza marağı daha da artırmaq üçün bu addımı atmaq istəyirik". Fanat.az xəbər verir ki, bu sözləri Azerinteltek şirkətinin baş direktoru İsmayıl Kalefer deyib.
"Topaz"ın rəhbəri Naxçıvanda satış məntəqələri açmaq istədiklərini bildirib: "Topan"ın satış məntəqələrini ilk olaraq Bakı və ətraf rayonlarda açdıq. Naxçıvan MR-də də "Topaz" satış nöqtələrini açmaq istərdik. Gələcəkdə bununla bağlı müzakirələr aparmağı düşünürük". 
İsmayıl Kalefer Premyer Liqada oyun alverinin olmadığını deyib: "Topaz Premyer Liqasında indiyədək keçirilən oyunların heç birinin nəticəsindən şübhələnməmişik. Hər hansı şübhəmiz olsa müvafiq qurumlara araşdırma ilə bağlı müraciət edərik. Əgər hər hansı bir oyuna maraq həddindən artıq çox olursa, biz onu proqram çıxara bilərik. Dünyanın bir çox bukmeker şirkətlərində bu praktika tətbiq olunur. Oyun proqramına hər hansı bir ölkənin bir oyununu daxil edə bilmərik. Ölkə çempionatını istifadəçilərin marağına əsasən proqrama əlavə edirik. Maraq kəsb etməyən liqaları isə proqramdan çıxarırıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər