"Mingəçevir"dən daha 5 transfer - ADLAR

"Mingəçevir"dən daha 5 transfer - ADLAR

Yeni mövsümün hazırlıqlarını Elman Sultanovun rəhbərliyi altında davam etdirən "Mingəçevir" daha 5 futbolçunu rənglərinə bağlayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar ötən "futbol ili"ni "Zaqatala"da başa vuran müdafiəçilər - Rüstəm Nuriyev və Kamil Qardaşlı, "Şimal"dan ayrılan yarımmüdafiəçi Cavanşir Şahbazlı, futbol azarkeşlərinin "Xankəndi"dən tanıdığı yarımmüdafiəçi Həsrət Mürsəlov, eləcə də son iş yeri "Araz-Naxçıvan"ın əvəzediciləri olan vinger Nicat Quliyevdir.

Xatırladaq ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək. Elman Sultanovun rəhbərlik etdiyi "Mingəçevir" ilk görüşünü sentyabrın 4-də "Zaqatala"ya qarşı keçirəcək. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutacaq matçın start fiti 17:00-da səsləndiriləcək.

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər