"Klub Amerika" David Alabanı transfer etmək istəyir

"Klub Amerika" David Alabanı transfer etmək istəyir

"Klub Amerika" avstriyalı təcrübəli müdafiəçi David Alabanı heyətinə qatmaqda maraqlıdır.

Fanat.Az insayder Matteo Morettoya istinadən xəbər verir ki, hazırda azad agent olan 34 yaşlı müdafiəçi üçün Meksika təmsilçisi rəsmi addım atmağı planlaşdırır.

Klub rəhbərliyi müdafiə xəttini təcrübəli ulduzla gücləndirərək çempionluq mübarizəsində üstünlük qazanmaq niyyətindədir.

Tərəflər arasında müqavilə detalları ilə bağlı danışıqların yaxın günlərdə başlaması gözlənilir. Alabanın Şimali Amerikada oynamaq variantına müsbət yanaşdığı bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər