"Bu dəfə həm yaxşı oynadıq, həm də yaxşı nəticə qazandıq" - Röyal Nəcəfov

"Bu dəfə həm yaxşı oynadıq, həm də yaxşı nəticə qazandıq" - Röyal Nəcəfov

1-ci Liqanın 7-ci turu çərçivəsində "Cəbrayıl"ı qəbul edən "Baku Sportinq" 2:0 hesablı qələbə qazanaraq xal hesabını 12-yə çatdırdı. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Buzovna təmsilçisinin məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Matça ciddi hazırlaşmışdıq. Bilirdik ki, "Cəbrayıl"ın turnir cədvəlindəki mövqeyi ilə real performansı fərqlidir. Son turlarda oyunumuzda yüksəliş var. Əvvəlki 3 turda çox yaxşı futbol sərgiləsək də, bu, nəticələrdə əksini tapmırdı. Amma şükürlər olsun ki, bu dəfə həm yaxşı oynadıq, həm də yaxşı nəticə qazandıq. Oyundan-oyuna nəticələrimiz də yaxşılaşır, oyunumuz da... Çalışacağıq ki, daha da inkişaf edək, uğurlu nəticələr qazanaq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər