"Bayern" Premyer Liqa klubunun oyunçusu ilə anlaşdı - Detallar

"Bayern" Premyer Liqa klubunun oyunçusu ilə anlaşdı - Detallar

"Bayern" Vinsent Kompaninin baş məşqçi təyin olunmasından sonra heyətini gücləndirməyə çalışır. 

Fanat.Az xəbər verir ki, Münhen nəhəngi "Kristal Pelas"dan cinah yarımmüdafiəçisi Maykl Olisenin transferi ilə bağlı tam razılığa gəlib.

İnformasiyanı Almaniyanın "Sky Sport" nəşrinin əməkdaşı, tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesabı vasitəsilə yayıb.

Xəbərə görə,  "Bayern" 22 yaşlı futbolçu üçün təxminən 60 milyon avro ödəyəcək. Maykl Olisenin Bundesliqa təmsilçisi ilə 5 mövsümlük müqavilə bağlayacağı gözlənilir. Münhen komandası artıq futbolçu ilə müqaviləsinin şərtlərini razılaşdırıb. 

Qeyd edək ki, "Bayern" ötən mövsümü kuboksuz başa vurub. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər