"Bayer Leverkuzen" yeni qoleador tapdı - 5 illik müqavilə imzalandı

"Bayer Leverkuzen" yeni qoleador tapdı - 5 illik müqavilə imzalandı

"Bayer Leverkuzen" yeni transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, Bundesliqanın qalibi mətbuat xidməti vasitəsilə Marten Teryenini transfer etdiyini açıqlayıb. 

Futbolçu ilə müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub.

Tərəflər 20-22 milyon avro məbləğində təzminat barədə razılığa gəliblər. 

Terye daha əvvəl heç vaxt Liqa 1-dən kənarda oynamayıb. O, "Renn"in heyətində 121 matça çıxaraq 44 qol vurub və 17 məhsuldar ötürmə edib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər