Qrem Potter Premyer Liqaya dönür - Bu kluba keçidini təkzib etmədi

Qrem Potter Premyer Liqaya dönür - Bu kluba keçidini təkzib etmədi

İlyarım əvvəl "Çelsi"dən kənarlaşdırıldıqdan sonra işsiz qalan Qrem Potter yenidən Premyer Liqada çalışmağa yaxındır.

Fanat.Az xəbər verir ki, "Sauthempton"a mümkün keçidi ilə bağlı "Planet Premyer League"-ə danışan 49 yaşlı mütəxəssis köhnə-yeni komandasında məşqçi postuna keçmək arzusunda olduğunu gizlətməyib:

"Təbii ki, yenidən Premyer Liqa klubunu çalışdırmağa hazıram. Futboldan uzaq qaldığım dönəm karyeramı vərəqləməyə kömək etdi. "Sauthempton"? Bilirəm ki, namizədliyim azarkeşlər tərəfindən maraqlı, cəlbedici seçim kimi qəbul olunur. Lakin klubun çətinlikləri var. Açığı, problemlərin fonunda təklifin cəlbediciliyi azalır".   Qeyd edək ki, "Sauthempto" səkkiz matçdan cəmi bir xal əldə edib. Turnir cədvəlinin sonuncusu olması və "Lester"ə son məğlubiyyət baş məşqçi Russell Martinə təzyiqləri artırıb. 

Potter 1990-cı illərdə “Sauthempton”da çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər