Qənirə Paşayeva "Turan"ı Premyer Liqaya gətirir - İDDİA

Qənirə Paşayeva "Turan"ı Premyer Liqaya gətirir - İDDİA

"Zirə" və "Kəpəz"ə lisenziya verilməsindən sonra daha bir klub “gün doğub”. Etibarlı mənbədən Fanat.az-a verilən  məlumata görə, "Turan Tovuz"a da "hazılaşın" tapşırığı verilib. 

Mənbə bunda Tovuzlu millət vəkili Qənirə Paşayevanın əməyini xüsususi vurğulayıb. Bu təşəbbüsü AFFA prezidenti Rövnəq Abdullayev də dəstəkləyib. Futbol rayonu olan Tovuzun elitadan kənarda qalması federasiya prezidentini də narahat etdiyindən o, Gəncə ilə yanaşı Tovuzu da yenidən elitada görmək istəyindədi. 

Artıq bu haqda kluba və rayon rəhbərliyinə məlumat verilib. Klubda işlər bu yöndə tənzimlənməyə başlayıb. Klubun lisenziya almaması üçün  yeganə çatışmazlıq maliyə ilə bağlı idi. Qeyd olunduğu kimi o da AFFA prezidentinin tapşırığı ilə aradan qalxmış olacaq. Böyük ehtimalla növbəti mövsümdən “Turan Tovuz”u da Premyer Liqada görəcəyik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər