İngiltərə Premyer Liqasına vəsiqə qazanan ikinci komanda müəyyənləşib. Fanat.az xəbər verir ki, "Leyçester Siti"dən sonra "Barnli" bu hüququ qazanıb.
Komanda dünən "Viqan"ı 2:0 hesabı ilə yenib. Nəticədə sona 2 tur qalmış xal hesabını 89-a yüksəldən "Barnli"nin ikinci yeri tutacağı və 2014/15 mövsümündə Premyer Liqada çıxış edəcəyi dəqiqləşib.
Qeyd edək ki, "Barnli" futbol klubu 1882-ci ildə yaradılıb. 132 yaşlı klubu Premyer Liqanın qurucu üzvləri arasında yer alıb. Komanda sonuncu dəfə 2009/10 mövsümündə güclülər dəstəsində çıxış etmişdi.
Premyer Liqanın yeni "sakini" 22546 azarkeş tutumuna malik "Turf Moor" stadionunda keçirir. Komandaya 42 yaşlı ingilis mütəxəssis Sean Diçe başçılıq edir. Komandanın heyətində İngiltərə, Şotlandiya, Uels, Avstraliya, İrlandiya və Avstriyadan olan legionerlər çıxış edir.
Fanat.az