Premyer Liqanın yeni kralı - Luis Suares

Premyer Liqanın yeni kralı - Luis Suares

İngiltərə Premyer Liqasının bu mövsüm üçün ən yaxşı futbolçusu müəyyənləşib. Fanat.az xəbər verir ki, çempionatın statistik məlumatlarını toplayan "EA Sports PPI"nin hesablamalarına görə ən yaxşı oyunçu Luis Suaresdi.

"Liverpul"un forvardının aktivpndə 659 xal var. O, cari mövsümdə meydana çıxdığı 14 matçda 19 qol vurub və 10 məhsuldar ötürmə edib.

Siyahının ikinci pilləsində "Mançester Siti"nin ulduzu Serxio Aquero yer alıb. Argentinalı oynadığı 15 matçda 13 qol vuran və 7 məhsuldar ötürmə ilə diqqəti çəkib.

Ən yaxşılar siyahısında üçüncü pilləni "Arsenal"ın yarımmüdafiəçisi Aaron Ramsey tutub. 23 yaşlı futbolçu ilk yarıda 8 qol vurub və 6 ötürmə edib. 

London klubunun daha bir üzvü siyahıya düşüb. Belə ki, bu yay "Real"dan transfer olunan Məsut Özil altıncı pillədə qərarlaşıb. 15 qarşılaşmada 1310 dəqiqə oynayıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, siyahı hazırlanarkən futbolçuların meydanda olduğu müddət, qələbə qazandığı matçlar, dəqiq zərbələri, aldığı vərəqələr və s. göstəricilər nəzərə alınır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər