Premyer Liqanın tarixinə düşən futbolçu

Premyer Liqanın tarixinə düşən futbolçu
Frank Lempard İngiltərə Premyer Liqasının tarixinə düşüb. Fanat.az xəbər verir ki, futbol çempionatın ən çox oyun keçirən ikinci futbolçusu olub.
"Çelsi"nin "Tottenhem"i 4:0 hesabı ilə yendiyi matçda Lempard Premyer Liqada 573-cü qarşılaşmasına çıxıb. O, indi yalnız 631 oyun keçirmiş "Mançester Yunayted"in əfsanəsi Rayan Giqqzdən geri qalır.
Qeyd edək ki, Lempard Premyer Liqada 170 qol vurub, 101 məhsuldar ötürmə verib. O, qollarından 43-nə penaltidən imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər