Azərbaycan Premyer Liqanın ən dəyərli klubu "Bakı"dı. Fanat.az xəbər verir ki, "Transfermarkt" saytı paytaxt klubunun oyunçularına ümumilikdə 8.5 milyon avro qiymət qoyub.
İkinci pillədə yayda heyətinə tanınmış futbolçular qatan "Qəbələ" qərarlaşıb. Yuri Syominin komandasının dəyəri 8.3 milyon avrodu. Üçüncü pillədəki "Qarabağ"ın isə 6.8 milyon avro qiyməti var. Premyer Liqanın ən ucuz klubu isə "Sumqayıt"dı - 1.3 milyon avro.
10 Premyer Liqa klubuna ümumilikdə 50.402.000 milyon avro qiymət qoyulub.
Bakı - 8.500.000
Qəbələ - 8.300.000
Qarabağ - 6.800.000
Neftçi - 6.100.000
Xəzər Lənkəran - 5.600.000
Simurq - 4.100.000
İnter - 4.000.000
Rəvan - 3.600.000
AZAL - 2.000.000
Sumqayıt - 1.300.000
Fanat.az