Premyer Liqanın ikinci dövrəsi başa çatdı. Fanat.az xəbər verir ki, hakimlər 18 turun 90 oyununda 29 qırmızı vərəqədən istifadə edib.
Ən intizamsız futbolçular Elvin Yunuszadə və Ruslan Qurbanov iki dəfə qırmızı vərəqə alıb. Müqavilə ilə "Neftçi"yə məxsus olan futbolçular (Ruslan Qurbanov icarə əsasında "Sumqayıt"da çıxış edir) iki dəfə meydandan qovulub.
Ən çox qırmızı vərəqə "Neftçi" və "Sumqayıt"ın üzvlərinə göstərilib. Hər iki komandanın üzvləri 6 dəfə meydandan qovulub. "Rəvan" 4, "Bakı", "Simurq" və "Qəbələ" 3, AZAL 2 dəfə qırmızı vərəqəyə üzülüb. "Xəzər Lənkəran" və "İnter"in isə 1 üzvü meydandan qovulub.
"Qarabağ" isə ən intizamlı klubdu. Ağdamlılar 18 turu qırmızısız yola verib.
| Futbolçu | Klubu | Qırmızı |
| Elvin Yunuszadə | Neftçi | 2 |
| Mahir Şükürov | Neftçi | 1 |
| Flavinyo | Neftçi | 1 |
| Saşa Stamenkoviç | Neftçi | 1 |
| Bruno Bertuççi | Neftçi | 1 |
| Ruslan Qurbanov | Sumqayıt | 2 |
| Samir Abasov | Sumqayıt | 1 |
| Vurğun Hüseynov | Sumqayıt | 1 |
| Kərim Diniyev | Sumqayıt | 1 |
| Məhəmməd Mirzəbəyov | Sumqayıt | 1 |
| Mişel Balokoq | Rəvan | 1 |
| Miloş Adamoviç | Rəvan | 1 |
| Rəşad Abdullayev | Rəvan | 1 |
| Ramazan Abbasov | Rəvan | 1 |
| Deyvidas Çesnauskis | Bakı | 1 |
| Şəhriyar Əliyev | Bakı | 1 |
| Aqil Məmmədov | Bakı | 1 |
| İlkin Qırtımov | Simurq | 1 |
| Draqan Çeran | Simurq | 1 |
| İdan Vaytsman | Simurq | 1 |
| Vladimir Levin | Qəbələ | 1 |
| Amit Quluzadə | Qəbələ | 1 |
| Müşfiq Teymurov | Qəbələ | 1 |
| Oskar Klava | AZAL | 1 |
| Bronislav Arseniyeviç | AZAL | 1 |
| Ağabala Ramazanov | Xəzər L | 1 |
| Abdulla Abatsiyev | İnter | 1 |
Fanat.az