Premyer Liqanın qalibi müəyyənləşir

Premyer Liqanın qalibi müəyyənləşir
İngiltərə Premyer Liqasında 2013/14 mövsümü başa çatır. Fanat.az xəbər verir ki, sabah sonuncu - XXXVIII turun oyunları baş tutacaq.
Çempionluğun taleyi son turda müəyyənləşəcək. Ötən tur "Norviç"lə sülh bağlayıb şansını itirən "Çelsi"dən sonra "qızıl"a "Mançester Siti" və "Liverpul" iddia edir. Mançester təmsilçisi evdə heç bir iddiası olmayan "Vest Hem"i sınağa çəkəcək. "Qırmızılar" isə doğma arenada "Nyukasl"la qarşılaşacaq.
Hazırda "Mançester Siti"nin aktivində 83, "Liverpul"un isə 81 xalı var. "Mançester Siti" son matçda qalib gələcəyi halda digər oyunun nəticəsinə baxmadan tarixininin 4-cü çempionluğunu elan edəcək. 
Bu mövsüm 24 illik çempionluq həsrətinə son qoymaq istəyən "Liverpul" isə qələbə qazanmaqla yanaşı, rəqibinin məğlubiyyətinə də dua etməlidi. "Mançester Siti" heç-heçə edəcəyi halda isə onlar 14 top fərqi  ilə qalib gələrək çempion ola bilərlər.
Qeyd edək ki, Premyer Liqadan "Mançester Siti", "Liverpul", "Çelsi" və "Arsenal" Çempionlar Liqasına, "Everton"la "Tottenhem" Avropa Liqasına vəsiqə qazanıb. "Fulhem"lə "Kardiff Siti" artıq Premyer Liqanı tərk edib. Aşağı liqaya yuvarlanacaq son komandanın adına son turda aydınlıq gələcək. Hazırda 18-ci yeri tutan "Norviç"in 33, 17-ci yerdə qərarlaşan "Vest Bromviç"in 36 xalı var.
Premyer Liqa
XXXVIII tur
11 may
19.00 Mançester Siti - Vest Hem
19.00 Liverpul - Nyukasl
19.00 Kardiff Siti - Çelsi
19.00 Sautqempton - Mançester Yunayted
19.00 Tottenhem - Aston Villa
19.00 Norviç - Arsenal
19.00 Fulhem - Kristal Palas
19.00 Hall Siti - Everton
19.00 Sanderlend - Suonsi
19.00 Vest Bromviç - Stok Siti

1

Mançester Siti

37

26

5

6

100:37

83

2

Liverpul

37

25

6

6

99:49

81

3

Çelsi

37

24

7

6

69:26

79

4

Arsenal

37

23

7

7

66:41

76

5

Everton

37

20

9

8

59:39

69

6

Tottenhem

37

20

6

11

52:51

66

7

Mançester Yunayted

37

19

6

12

63:42

63

8

Sautqempton

37

15

10

12

53:45

55

9

Nyukasl

37

15

4

18

42:57

49

10

Stok Siti

37

12

11

14

43:51

47

11

Kristal Palas

37

13

5

19

31:46

44

12

Vest Hem

37

11

7

19

40:49

40

13

Suonsi

37

10

9

18

51:53

39

14

Sanderlend

37

10

8

19

40:57

38

15

Aston Villa

37

10

8

19

39:58

38

16

Hall Sit

37

10

7

20

38:51

37

17

Vest Bromviç

37

7

15

15

42:57

36

18

Norviç

37

8

9

20

28:60

33

19

Fulhem

37

9

4

24

38:83

31

20

Kardiff Siti

37

7

9

21

31:72

30

Bombardirlər: Luis Suares (Liverpul) - 31. Daniel Sturridge (Liverpul), Yaya Ture (Mançester Siti) - 20. Serxio Aquero (Mançester Siti), Ueyn Runi (Mançester Yunayted) - 17.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər