Premyer Liqanın püşkü atıldı: ilk turda kimlər qarşılaşacaq?

Premyer Liqanın püşkü atıldı: ilk turda kimlər qarşılaşacaq?
Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünün püşkü atılıb. Fanat.az xəbər verir ki, İçəri Şəhərdə yerləşən "Şah Palace" mehmanxanasında baş tutacaq mərasim saat 15.00-da başlayıb.
Püşkatma nəticəsində ilk turda qarşılaşacaq cütlüklər müəyyənləşib. Son mövsümün mükafatçıları - "İnter"lə "Qəbələ" I turda münasibətlərinə aydınlıq gətirəcək. Çemipion "Qarabağ" autsayder "Sumqayıt"a, "Neftçi" debütant "Araz Naxçıvan"a rəqib olub. "Xəzər Lənkəran" açılış oyununu AZAL-a qarşı keçirəcək. Maliyyə böhranında boğulan "Bakı" isə "Simurq"la üz-üzə gələcək.
Qeyd edək ki, 2014/15 mövsümü 10 komandanın iştirakı ilə baş tutacaq. 4 dövrəli sistemlə keçiriləcək çempionat 36 turdan ibarət olacaq.
Premyer Liqa
2014/15 mövsümü
I tur
Sumqayıt - Qarabağ 
İnter - Qəbələ
Araz Naxçıvan - Neftçi 
Bakı - Simurq 
AZAL - Xəzər Lənkəran
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər