Premyer Liqanın oyunları 3 fərqli saatda

Premyer Liqanın oyunları 3 fərqli saatda

Premyer Liqanın IX turunun oyun cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, yığmanın toplanışına görə bütün oyunlar eyni gündə - oktyabrın 4-də keçiriləcək.

Tura saat 16.00-da başlayacaq "Sumqayıt" - "İnter" və "Qəbələ" - "Neftçi" oyunları ilə start veriləcək. Bundan iki saat sonra AZAL - "Simurq" və "Rəvan" - "Xəzər Lənkəran" qarşılaşmaları başlayacaq. Turun son matçı - "Qarabağ" - "Bakı" görüşü isə saat 20.00-da start götürəcək. 

4 oktyabr

Sumqayıt - İnter

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16.00.

Qəbələ - Neftçi

Qəbələ şəhər stadionu. Saat 16.00.

AZAL - Simurq

"AZAL Arena". Saat 18.00.

Rəvan - Xəzər Lənkəran

"Bayıl Arena". Saat 18.00.

Qarabağ - Bakı

T.Bəhramov adına Respublika stadionu. Saat 20.00.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər