Premyer Liqanın legionerlər ilə bağlı YENİ QƏRAR

Premyer Liqanın legionerlər ilə bağlı YENİ QƏRAR

Klublar Komitəsinin bu gün keçirilən iclasında legionerlərin sifarişi üçün ödənilən məbləğ müzakirə edilib. Fanat.az хəbər verir ki, komitə üzvləri həmin rüsumun azaldılmasını istəyir.

Bu barədə jurnalistlərə komitənin sədri Tuyqun Nadirov açıqlama verib: "Müzakirələr zamanı rüsumun azaldılması təklif olundu. Hər kluba 3 legioneri pulsuz sifariş etməyə icazə verilməsini istəyirik. Bundan başqa 21 və 23 yaşadək futbolçulara rüsum tətbiq olunmasın. Bununla bağlı fikir mübadiləsi aparılacaq".

Qeyd edək ki, hazırda qaydalara əsasən, legioner üçün 1-ci il 20, həmin oyunçu eyni klubda qalarsa, 2-ci il 10, növbəti illərdə isə 5 min manat ödənilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər