Premyer Liqanın gəlmiş-keçmiş ən yaxşıları

Premyer Liqanın gəlmiş-keçmiş ən yaxşıları
Avropanın ən yaxşı çempionatlarından olan İngiltərə Premyer Liqasının tarixinə damğa vurmuş 10 futbolçu müəyyənləşdirilib.
Kriştiano Ronaldo
2003-cü ilin yayında "Sportinq"dən "Mançester Yunayted"ə keçən Ronaldo Aleks Ferqyusonun rəhbərliyi altında daha da inkişaf etdi və indi dünyanın ən yaxşı futbolçusu hesab olunur.
Dennis Berqkamp
Holland canlı əfsanəni izləmək ingilislər üçün böyük şans idi. Azarkeşlərin heykəlini ucaltdığı bir "maestro", qolçu və böyük istedada "Arsenal" tarixinin gəlmiş-keçmiş ən yaxşı forvardı deyə bilərik. "Nyukasl"ın qapısından keçirdiyi qolla futbol tarixinə imzasını atan Berqkampın qarşıdakı illərdə London klubunun başına keçməsi gözlənilir.
Ueyn Runi 
Runi hazırda ötən illərdəki performansından nisbətən uzaq olsa da, "Mançester Yunayted"in vazkeçilməz parçasıdı.
Canfranko Zola
"Çelsi"də geyindiyi 25 nömrəli forması muzeyə qoyulan futbolçu oynadığı dönəmin ən məşhur italyan olunçusu idi.
Andrey Koul
Andrey Koul "Mançester Yunayted" forması ilə keçirdiyi 195 oyunda 93 qola imza atıb. Nottinghemdə doğulan forvard karyerasını doğulduğu şəhərin komandası "Nottinghem Forest"də başa vurdu.
Tyerri Anri
8 mövsüm geyindiyi "Arsenal" forması ilə adı əbədiləşən və azarkeşlərin ürəyində taxt quran fransız 14 nömrəli forması ilə adını unudulmazlar arasına yazdıra bilib.
Erik Kantona
"Mançester Yunayted"ə transfer olduqda heç kimin onun istedadından xəbəri yox idi. "Mançester Yunayted" forması ilə çıxdığı 143 matçda 64 qol vuran Erik bir azarkeşə havada uçaraq atdığı təpiklə adını hər kəsin yaddaşına yazdı.
Alan Şirer
10 il ərzində geyindiyi "Nyukasl" forması ilə 303 oyunda 148 qol vuraq forvardı hamı qarşısıalınmaz hesab edirdi.
Didye Droqba
2004-cü ildə Marsel "Olimpik"indən "Çelsi"yə 24 milyon avroya transfer olunan Droqba keçirdiyi 342 oyunqda 152 qola imza atdı və bir çox kuboku başı üzərinə qaldırdı. O, həm də vacib oyunlarda vurduğu kritik qollarla xatırlanır.
Devid Bekhem
Premyer Liqada 265 oyun keçirib 62 qola imza atan ingilis əfsanə cərimə zərbələri və qol ötürmələri ilə adını əfsanələr arasına yazdıra bilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər