Topaz Premyer Liqasının formatı dəyişdirilməyəcək. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Baş katib bildirib ki, 2014/15 mövsümü də eyni formatla keçiriləcək: "Format dəyişməyəcək, 10 komanda ilə davam edəcəyik".
Qeyd edək ki, 10 komandanın iştirakı ilə keçirilən 2013/14 mövsümündə iştirakçılar 4 dövrə ərzində 36 oyun keçirəcək.
Fanat.az