Premyer Liqanın finalında rekord qeydə alındı

Premyer Liqanın finalında rekord qeydə alındı

Misli Premyer Liqasında XXXVI turun oyunlarını 24300 tamaşaçı izləyib. 

Fanat.Az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, mövsümün mütləq rekordudur.  

Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13800 izləyici.

Premyer Liqanın finalında rekord qeydə alındı Ümumilikdə isə çempionatın 180 matçında 276 min 487 seyrçi olub. Orta hesabla hər oyunu 1536 tamaşaçı izləyib.

XXXII turun “Sumqayıt” – “Qarabağ”  və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 izləyici seyr edib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.

Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox seyrçi toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər