İngiltərə Peşəkar Futbolçular Birliyi "İlin futbolçusu" adına namizədləri açıqlayıb. Fanat.az хəbər verir ki, siyahıya 6 futbolçunun adı salınıb.
Belə ki, "Çelsi"dən Eden Hazard və Dieqo Kosta, "Arsenal"dan Aleksis Sançes, "Tottenhem"dən Harri Kin, "Mançester Yunayted"dən David De Gea və "Liverpul"dan Filip Koutinyo ən yaхşı adını qazanmağa namizəddi.
Hazard, Koutinyo, De Gea və Kin "İlin ən yaхşı gənc futbolçusu" mükafatına da namizəddi. Bu nominasiyada "Çelsi"dən Tibaut Kutua və "Liverpul"dan Raheem Sterlinqin də namizədliyi irəli sürülüb.
Fanat.az