Premyer Liqanın ən sürətli oyunçusu bilindi - Holand dördüncüdür

Premyer Liqanın ən sürətli oyunçusu bilindi - Holand dördüncüdür

"Opta Sports" İngiltərə Premyer Liqasının ən sürətli futbolçularının reytinqini tərtib edib.

Fanat.Az xəbər verir ki, siyahıya 37,1 km/saat sürətlə "Tottenhem"in Mikki van de Ven başçılıq edir.  İlk "üçlük"də həmçinin, Karlos Borxes ("Vulverhempton", 36,6 km/saat) və Entoni Elanqa ("Nottingem Forest", 35,9 km/saat) yer alırlar.

Ulduz hücumçu Erlinq Holand "Mançester Siti"də ən sürətlidir - 35,7 km/saat.

"Arsenal"də ən sürətli oyunçu Qabriel Martinelli (35,6 km/saat), "Mançester Yunayted"də Alexandro Qarnaço (35,5 km/saat), "Çelsi"də Pedro Neto (35,4 km/saat), "Liverpul"da Trent Alexander-Arnold (34,7 km/saat) olub.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər