Premyer Liqanın ən intizamsız futbolçusu kimdi?

Premyer Liqanın ən intizamsız futbolçusu kimdi?
Topaz Premyer Liqasının 2014/15 mövsümünün ilk 26 turunda 25 futbolçu qırmızı vərəqə alıb. Fanat.az хəbər verir ki, AZAL ən çox futbolçusu "qırmızı" alan komandadı.
Belə ki, paytaхt klubunun oyunçuları 6 oyunda meydandan qovulub. "Xəzər Lənkəran" və "Bakı"nın 5 futbolçusu oyunu başa vura bilməyib. "Neftçi"nin 3, "Simurq" və "Qəbələ"nin 2, "Sumqayıt" və "İnter"in 1 futbolçusu qırmızı vərəqə alıb. Lider "Qarabağ" və çempionatı XI turda tərk edən "Araz Naхçıvan"ın üzvləri hakimlərin qəzəbinə tuş gəlməyib.
25 qırmızı vərəqə 24 futbolçuya göstərilib. Belə ki, "Bakı"nın üzvü Elşad Manafov iki oyunda meydandan qovularaq komandasını azlıqda qoyub. Şəhriyar Rəhimov, Orxan Sadıqlı, Draqan Çeran, Eduardo Makiel, Vurğun Hüseynov, Aleksandru Benqa, Saşa Stamenkoviç, Tieqo de Xesus, Vüqar Bəybalayev, Luis Ramos, Sadio Tounkara, Əfran İsmayılov, Emil Balayev, Elnur Allahverdiyev, Ruslan Məcidov, Elvin Məmmədov, Viktor İbekoyi, Dmitri Bezotosnı, Marko Stanoyeviç, Ağabala Ramazanov, Georgios Pelagias, Rəşad Abdullayev və Jaba isə hərəyə bir dəfə "qırmızı" alıb. Meydandan qovulan futbolçulardan 10-u yerli, 8-i legionerdi.
Ən çoх qırmızı vərəqə XIII turun "Xəzər Lənkəran" - "Neftçi" oyununda qeydə alınıb. Həmin matçda hər komandadan 2 futbolçu meydandan qovulub. Komandalar arasında I dövrədə baş tutan oyunda isə hərənin bir üzvü "qırmızı" alıb. 
Hələlik mövsümün ən erkən "qırmızısı" Emil Balayevin aktivindədi. Hazırda "Ayntraxt"da çıxış edən qolkiper XIII turun "Xəzər Lənkəran" - "Neftçi" matçının 16-cı dəqiqəsində meydandan qovulmuşdu. AZAL-dan Eduardo Makiel, "Xəzər Lənkəran"dan Tieqo de Xesus və "Bakı"dan Georgios Pelagias isə ən gec "qırmızı" alanlardı - 90+3-cü dəqiqə.
I tur
AZAL - Xəzər Lənkəran 1:1
Şəhriyar Rəhimov, 59 (AZAL).
II tur
Xəzər Lənkəran - Sumqayıt 0:1
Orxan Sadıqlı, 38 (Xəzər Lənkəran).
III tur
Simurq - Xəzər Lənkəran 2:0
Draqan Çeran, 90+2 (Simurq).
IV tur
Qəbələ - AZAL 1:2
Eduardo Makiel, 90+3 (AZAL).
Sumqayıt - Araz Nafxçıvan 1:0
Vurğun Hüseynov, 52 (Sumqayıt).
V tur
Simurq - Qəbələ 1:2
Aleksandru Benqa, 86 (Qəbələ).
Neftçi - Xəzər Lənkəran 1:0
Saşa Stamenkoviç, 40 (Neftçi) - Tieqo de Xesus, 90+3 (Xəzər Lənkəran).
VIII tur
Xəzər Lənkəran - Bakı 4:0
Elşad Manafov, 69 (Bakı).
IX tur
AZAL - Bakı 0:1
Vüqar Bəybalayev, 77 (Bakı).
XI tur
Qəbələ - Bakı 1:1
Elşad Manafov, 90 (Bakı).
Neftçi - AZAL 4:0
Luis Ramos, 82 (AZAL).
XIII tur
Xəzər Lənkəran - Neftçi 2:2
Sadio Tounkara, 45+2. Əfran İsmayılov, 74 (Xəzər Lənkəran) - Emil Balayev, 16. Elnur Allahverdiyev, 50 (Neftçi).
Qarabağ - AZAL 2:1
Ruslan Məcidov, 31 (AZAL).
XVIII tur
Qəbələ - İnter 1:1
Elvin Məmmədov, 87 (İnter).
XX tur
Qəbələ - AZAL 0:1
Viktor İbekoyi, 78 (AZAL).
XXI tur
Simurq - Qəbələ 2:0
Dmitri Bezotosnı, 45+2 (Qəbələ).
XXIV tur
İnter - Simurq 2:1
Marko Stanoyeviç, 88 (Simurq).
Xəzər Lənkəran - Bakı 2:1
Ağabala Ramazanov, 90+1 (Xəzər Lənkəran) - Georgios Pelagias, 90+3 (Bakı).
XXV tur
AZAL - Bakı 2:0
Rəşad Abdullayev, 86 (AZAL) - Jaba, 69 (Bakı).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər