Topaz Premyer Liqasında qışın ən bahalı 10 əcnəbi transferi müəyyənləşib. Fanat.az xəbər verir ki, fasilənin ən bahalı keçidini "Qəbələ" həyata keçirib.
Belə ki, bu qış ölkəmizə gələn ən bahalı oyunçu Marat İzmayılovdu. "Qəbələ" Rusiya yığmasının sabiq üzvünü "Portu"dan 6 aylıq icarəyə götürüb. "Transfermarkt" saytı ona 3.5 milyon avro qmymət qoyub.
Digər iki ən bahalı transfer "Xəzər Lənkəran"ın payına dühüb. Belə ki, Lənkəran klubunun "Şerif"dən transfer etdiyi xorvat qapıçı Vyekoslav Tomiçlə "Turnova"dan aldığı makedoniyalı yarımmüdafiəçi Deyan Blajevskinin 700 min avro dəyəri var.
Azərbaycan çempionatının ən bahalı transferi olduğu deyilən Elias isə bu siyahıda yalnız 7-ci ola bilib. "Transfermarkt" "Xəzər Lənkəran"ın Braziliya A Seriyasında çıxış edən "Atletiko Paranaense"dən aldığı yarımmüdafiəçiyə 400 min avro qiymət qoyub. Halbuki, bu futbolçuya görə lənkəranlıların 1 milyon dollardan keçdiyi iddia olunur.
| № | Futbolçu | Köhnə klubu | Yeni klubu | Dəyəri (avro) |
| 1 | Marat İzmayılov | Portu | Qəbələ (icarə) | 3.500.000 |
| 2 | Vyekoslav Tomiç | Şerif | Xəzər L. | 700.000 |
| 3 | Deyan Blajevski | Turnova | Xəzər L. | 700.000 |
| 4 | Benjamin Lambot | Lyerse | Simurq | 650.000 |
| 5 | Rafael Santos | Arsenal K. | Qəbələ | 600.000 |
| 6 | Jaba Dvali | Dinamo T. | Qarabağ (icarə) | 555.000 |
| 7 | Elias | Atletiko P | Xəzər L | 400.000 |
| 8 | Yohan Bokonyano | İstr | İnter | 300.000 |
| 9 | Dieqo Madriqal | Deportivo S | İnter | 275.000 |
| 10 | Boyan Markoviç | Hapoel B-Ş | Rəvan | 275.000 |
Fanat.az