Premyer Liqanın bombardiri işsiz qalıb

Premyer Liqanın bombardiri işsiz qalıb
2013/14 mövsümünün sonunda "Neftçi"dən ayrılan Bahodir Nasimovun işsiz günləri davam edir. Fanat.az xəbər verir ki, özbək forvard hələ də özünə klub tapa bilməyib.
"Neftçi"dən ayrıldıqdan sonra onun adı bir neçə klubla, o cümlədən Bakı "İnter"i ilə yanaşı çəkilsə də, Nasimov bu klublardan heç birinə keçmədi.
Qeyd edək ki, Nasimov "Neftçi"nin heyətində 103 oyun keçirib və 41 qol vurub. O, 2011/12 mövsümündə 16 qolla Premyer Liqanın bombardiri olmuşdu. Özbək forvard 3 dəfə Azərbaycan çempionluğunu, 2 dəfə ölkə kubokunu qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər