Premyer Liqanın bombardiri İran çempionatında

Premyer Liqanın bombardiri İran çempionatında
2013/14 mövsümünün sonunda "Neftçi"dən ayrılan Bahodir Nasimovun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, özbək forvard karyerasını İran çempionatında davam etdirəcək.
Belə ki, Nasimov "Padideh" klubuna keçib. Məşəd şəhərini təmsil edən bu klub İranın güclülər dəstəsində çıxış edir. Komanda ötən mövsüm 1-ci liqada çempion olaraq elitaya çıxıb. "Padideh" cari mövsümdə keçirdiyi 13 oyunda 17 xal qazanıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bahodir artıq yeni klubunda debüt edib. Oktyabrın 31-də Tehran "Neft"i ilə oyuna çıxan futbolçu 25 dəqiqə oynayıb.
Qeyd edək ki, Nasimov "Neftçi"də keçirdiyi 103 oyunda 41 qola imza atıb. 2011/12 mövsümündə 16 qolla Premyer Liqanın bombardiri olmuş özbək hücumçu ölkəmizdə 3 dəfə Azərbaycan çempionu (2010/11, 2011/12 və 2012/13) və 3 dəfə kuboku (2012/13, 2013/14) qazanıb.
Premyer Liqanın bombardiri İran çempionatında
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər