Premyer Liqanın IV turunda mövsümün 50-ci qolu vurulub. Fanat.az xəbər verir ki, yubiley qolu "Rəvan" - "İnter" matçında qeydə alınıb.
Matçın 17-ci dəqiqəsində hesabı bərabərləşdirən Brüs Abdulaye 50-ci qolun müəllifi olub. Ondan sonra komanda yoldaşı Baçana Tsxadadze 3 və Asif Məmmədov 1 dəfə fərqlənərək cari mövsümdə qeydə alınan qolların sayını 54-ə çatdırıb.
Qeyd edək ki, I turda 15, II və III turlarda 14, IV turda isə 11 qol vurulub. 4 turun 20 oyununda qapılara 54 qol vurulub ki, bu da hər matça orta hesabla 2.7 top deməkdi.