Premyer Liqanın 4 klubu cərimələndi

Premyer Liqanın 4 klubu cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Qəbələ" "Qarabağ"la oyunun 80-ci dəqiqəsində azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün 2000 manat cərimələnib. "İnter"lə oyunun 44-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan "Rəvan"ın futbolçusu Hüseyn Axundov 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub. 

"Qarabağ" 4, "Rəvan"la "İnter" 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə ödəyəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər