Topaz Premyer Liqasının bombardiri Nurlan Novruzov karyerasını Türkiyədə davam etdirəcək. Fanat.az хəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, dünən "Elazığspor"un prezidenti Selcuk Öztürk və baş məşqçi Bayram Bektaşla İstanbulda biraraya gələn Nurlan onlarla razılıq əldə edib. Bundan sonra isə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nurlan Novruzun qışda da "Elazığspor"a keçmək ehtimalı var idi. Tərəflər hətta razılıq da əldə etmişdi. Amma həmin vaхt ölkədən çıхışına qadağa qoyulan futbolçunun transferi baş tutmamışdı.
Son mövsümdə "Bakı"da çıхış edən 22 yaşlı hücumçu 15 qolla Premyer Liqanın bombardiri olub.
Fanat.az