Topaz Premyer Liqasında çıхış edən klublara qiymət qoyub. Fanat.az "Transfermarkt"a istinadən хəbər verir ki, 10 klubun ümumi dəyəri 56 milyon 100 min avrodu.
Premyer Liqanın ən bahalı klubu "Qəbələ" olub. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra heyətinə yeni oyunçular qatan "qırmızı-qaralar" dəyərini 15 milyon 700 min avroya çatdırıb.
"Qəbələ"ni Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan digər təmsilçimiz "Qarabağ" izləyir. Ağdam klubu son transferlərdən sonra dəyərini 13 milyon 730 min avroya qaldırıb.
İlk "üçlüy"ü "İnter" qapayır. Ötən ilə nisbətən qiyməti ucuzlaşan bank klubunun ümumi dəyəri indi 5 milyon 550 min avrodu.
| № | Klub | Dəyəri (avro) |
| 1 | Qəbələ | 15.700.000 |
| 2 | Qarabağ | 13.730.000 |
| 3 | İnter | 5.550.000 |
| 4 | Neftçi | 4.800.000 |
| 5 | Xəzər Lənkəran | 4.480.000 |
| 6 | Zirə | 3.980.000 |
| 7 | Rəvan | 2.350.000 |
| 8 | Sumqayıt | 2.230.000 |
| 9 | Kəpəz | 1.850.000 |
| 10 | AZAL | 1.430.000 |
| Cəmi | 56.100.000 | |
Klubların ən bahalı futbolçularına gəlincə, "Qəbələ"dən Ermin Zetslə Fakundo Pereyra 2 milyon dollarla hamını qabaqlayır. Onlar Premyer Linanın ən bahalı oyunçularıdı.
| Klub | Futbolçu | Dəyəri (avro) |
| Qəbələ | Ermin Zets, Fakundo Pereyra | 2.000.000 |
| Qarabağ | Migel Markos Madera | 1.500.000 |
| Neftçi | Kaue da Silva | 1.000.000 |
| Zirə | Nelson Bonilla | 850.000 |
| Xəzər L | Manuel Skarlatake | 500.000 |
| İnter | Səlahət Ağayev | 400.000 |
| Kəpəz | Bəxtiyar Soltanov | 350.000 |
| Rəvan | Samuel Barlay, Kostantin Maxnovski | 300.000 |
| Sumqayıt | Amit Quluzadə | 300.000 |
| AZAL | Rail Məlikov | 300.00 |
Fanat.az