Premyer Liqada yeni rekord gerçəkləşdi

Premyer Liqada yeni rekord gerçəkləşdi

İngiltərə Premyer Liqasında 31-ci turun oyunları hələ başa çatmasa da, artıq yeni rekordla əlamətdar olub.

Fanat.Az "Opta Sports"-a istinadən xəbər verir ki, söhbət indiyədək bütün matçlarda əvəzetmədən meydana çıxan futbolçuların vurduğu qollardan gedir. 

Belə ki, mövsüm ərzində sonradan oyuna qoşulan futbolçular artıq 133 qol vurublar. İndiyə qədər Premyer Liqada oyunun gedişində mübarizəyə qoşulan oyunçular mövsüm ərzində bu qədər qol vurmamışdı. 

Nəzərə alsaq tur bu gün başa çatacaq, üstəlik, mövsümün sonuna hələ yeddi tur qalıb, bu da 133 qolluq göstəricisinin yaxşılaşacağı anlamına gəlir. 

İPL-də hazırda London “Arsenal”ı turnir cədvəlinə başçılıq edir, bir oyun az keçirən “Liverpul” ikinci, son ölkə çempionu “Mançester Siti” isə üçüncüdür.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər