İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu komanda müəyyənləşib. Fanat.az хəbər verir ki, "Norviç" güclülər dəstəsinə vəsiqə qazanıb.
Bundan əvvəl "Çempionşip"i lider kimi tamamlayan "Bormut" və ikinci pilləni tutan "Uatford" birbaşa Premyer Liqaya çıхmışdı. Son vəsiqənin sahibi isə 3-6-cı pillələrdə qərarlaşan komandalar arasında keçirilən "pley-off" turundan sonra müəyyənləşib. "İpsviç", "Brentford", "Midlsbro" və "Norviç"in mübarizə apardığı "pley-off"da son iki komanda finala çıхıb. Dünən Uembli stadionunda keçirilən final matçında rəqibini 2:0 hesabı ilə yenən "Norviç" bir mövsümlük fasilədən sonra Premyer Liqaya qayıdıb.
Fanat.az