Premyer Liqanın XVI turunun 5 oyununu 7200 azarkeş izləyib. Bu hər matça orta hesala 1440 nəfər deməkdi.
Ən çox azarkeş "İnter" - "Xəzər Lənkəran" oyununa gəlib. Mustafa Dənizlinin debüt matçını 3500 nəfər izləyib.
Azərbaycan derbisini - "Qarabağ" - "Neftçi" oyununu və "Qəbələ" - "Simurq" qarşılaşmasına 1500 azarkeş toplaşıb. "Suiqayıt" - "Bakı" görüşü 500, AZAL - "Rəvan" matçı cəmi 200 nəfərin marağına səbəb olub.
İnter - Xəzər Lənkəran (3500 tamaşaçı)
Qarabağ - Neftçi (1500 tamaşaçı)
Qəbələ - Simurq (1500 tamaşaçı)
Sumqayıt - Bakı (500 tamaşaçı)
AZAL - Rəvan (200 tamaşaçı)
Qeyd edək ki, 16 turun 80 matçını ümumilikdə 131000 nəfər izləyib. Bu hər görüşə orta hesabla 1637 nəfərin toplaşması deməkdi. Ən çox azarkeş IV turun "Xəzər Lənkəran" - "Neftçi" matçında toplaşıb - 10000 nəfər. I turun "Simurq" - "Rəvan" və VI turun "Simurq" - "Sumqayıt" oyunlarında cəmi 150 nəfər olub.
Fanat.az