Premyer Liqada XIX tur: neçə debütant var?

Premyer Liqada XIX tur: neçə debütant var?
Premyer Liqanın XIX turunda 15 futbolçu ilk dəfə Azərbaycan çempionatında meydana çıxmaq imkanı qazanıb. Fanat.az xəbər verir ki, bu futbolçular 8 klubun heyətində debüt edib.
Yalnız iki komandada debütant olmayıb. Belə ki, transfer etməyən "Bakı" və əvvəllər Premyer Liqada oynamış oyunçuları heyətinə qatan "Sumqayıt"ın heyətində ölkəmizə ilk dəfə ayaq basan futbolçular meydana çıxmayıb. 
Debüt edən 15 futbolçudan cəmi biri yerli futbolçu olub. Belə ki, "Neftçi"nin Moskva "Lokomotiv"indən aldığı 19 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Samir Məsimov ilk dəfə Premyer Liqa həyacanı yaşayıb. Gənc futbolçu ilk 45 dəqiqədə meydanda olub.
Ən çox debütant "Rəvan"ın heyətində yer alıb - 5. Julio Sezar, Tyaqo Mirasema və Mitya Moreç 90, Boyan Markoviç 62, Oke Akpoveta 13 dəqiqə oynayıb.
AZAL-da Laşa Kasiradze və Nedo Turkoviç 90 dəqiqə oynadığı halda, Axtam Xamraqulov cəmi 5 dəqiqə meydanda olub. "Xəzər Lənkəran"da isə Tyeqo 90, Deyan Blajevski 12 dəqiqə forma şansı qazanıb. 
"Simurq"da Benjamin Lambot, "İnter"də Yohan Bokonyano, "Qəbələ"də Rafael Santos 90, "Qarabağ"da Jaba Dvali 21 dəqiqə oynamaq imkanı əldə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər