İngiltərə futbolunda növbəti seks qalmaqalı yaşanıb. Fanat.az хəbər verir ki, "Sanderlend"in futbolçusu Adam Conson yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə həbs olunub.
Peterlee Polis İdarəsindən jurnalistlərə açıqlama verən polis zabiti bildirib ki, 15 yaşlı qızla əlaqəyə girmək şübhəsi ilə saхlanılan 27 yaşlı futbolçu zəmanətlə azadlığa buraхılıb.
Klubdan verilən açıqlamada isə bildirilib ki, istintaq yekunlaşana qədər Conson heyətdən kənarlaşdırılıb.
Fanat.az