Premyer Liqada rekord

Premyer Liqada rekord
İngiltərə Premyer Liqası yay transfer pəncərəsi dövründə rekorda imza atıb. Fanat.az xəbər verir ki, bu yay İngiltərə klubları transferlərə 835 milyon funt-sterlinq xərcləyib.
Bu futbol liqalarında rekord məbləğdi. Premyer Liqa ötən yaydakı 630 milyon funt-sterlinqlik rekordunu qırıb. İngiltərə klubları arasında transferə ən çox pul xərcləyən klub "Mançester Yunayted" olub - 150 milyon funt-sterlinq. "Liverpul" bu yay 117, "Çelsi" 88,5 milyon funt-sterlinq xərcləyib. 
Avropada Premyer Liqaya ən çox yaxınlaşan çempionat İspaniya La Liqası olub. Ceyms Rodrigesin "Real", Luis Suaresin "Barselona"ya astronomik məbləğə transferinin reallaşdığı liqada ümumilikdə 425 milyon funt-sterlinq xərclənib. İtaliya A Seriyasında bu məbləğ 260, Almaniya Bundesliqasında 250, Fransa Liqa 1-də 100 milyon funt-sterlinq olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər