Topaz Premyer Liqasının XXVI turunun 5 matçında qapılara 11 qol vurulub. Bu hər oyuna orta hesabla 2,2 top deməkdi.
Ən çox qol "İnter" - "Qarabağ" (0:3) və "Neftçi" - AZAL (2:1) oyunlarında qeydə alınıb - 3. "Simurq" - "Rəvan" (2:0) və "Bakı" - "Qəbələ" (1:1) görüşlərində azarkeşlər 2, "Sumqayıt" - "Xəzər Lənkəran" (0:1) matçında 1 qol görüb.
Ümumilikdə 26 turun 130 oyununda qapılara 310 qol vurulub ki, bu hər matçda 2,38 top deməkdi. Ən çox qol XII turda (22), ən azı isə VIII turda (2) qeydə alınıb.
| Turlar üzrə qol sayı | ||
| Tur | Qol | Orta hesabla |
| I | 15 | 3.0 |
| II | 14 | 2.8 |
| III | 14 | 2.8 |
| IV | 11 | 2.2 |
| V | 10 | 2.0 |
| VI | 16 | 3.2 |
| VII | 11 | 2.2 |
| VIII | 2 | 0.4 |
| IX | 12 | 2.4 |
| X | 14 | 2.8 |
| XI | 7 | 1.4 |
| XII | 22 | 4.4 |
| XIII | 7 | 1.4 |
| XIV | 9 | 1.8 |
| XV | 7 | 1.4 |
| XVI | 13 | 2.6 |
| XVII | 12 | 2.4 |
| XVIII | 17 | 3.4 |
| XIX | 16 | 3.2 |
| XX | 13 | 2.6 |
| XXI | 13 | 2.6 |
| XXII | 15 | 3.0 |
| XXIII | 8 | 1.6 |
| XXIV | 8 | 1.6 |
| XXV | 13 | 2.6 |
| XXVI | 11 | 2.2 |
| Cəmi | 310 | 2.38 |
Fanat.az