Premyer Liqada oynayan futbolçu Yamayka millisində?

Premyer Liqada oynayan futbolçu Yamayka millisində?

"Tottenhem"in müdafiəçisi Denni Rose Yamayka yığmasında çıxış edə bilər. Fanat.az xəbər verir ki, 24 yaşlı futbolçu İngiltərə yığmasından dəvət gözləsə də, baş məşqçi Roy Hocson müdafiəçini milliyə çağırmır.

Yamayka Futbol Federasiyası hazırda Rose ilə danışıqlar aparır. Futbolçu yayda Çilidə təşkil olunacaq Amerika Kuboku yarışlarında Yamayka millisinin heyətində debüt edə bilər.

Babası yamaykalı olan Rose İngiltərənin U-17, U-19 və U-21 yığmalarında çıxış edib, “London-2012” Olimpiya Oyunlarında Böyük Britaniya millisinin şərəfini qoruyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər