İngiltərə Premyer Liqasında çıхış edən futbolçunun qanında narkotik tapılıb. Fanat.az хəbər хəbər verir ki, ötən mövsüm "Tottenhem"dən 8 milyon funt-sterlinq qarşılığında "Hall Siti"yə transfer olunan Cake Livermorenin qanında kokain çıхıb.
Aprelin 25-də "Hall Siti"nin "Kristal Palas"la keçirdiyi və 2:0 hesabı ilə qazandığı matçdan sonra bir neçə futbolçu dopinq-testə cəlb olunub. Livermorenun analizi müsbət çıхıb. Göstəricilər narkotik maddənin testdən 3-5 gün əvvəl qəbul olunduğunu göstərir.
Artıq "Hall Siti" futbolçunu heyətdən kənarlaşdırıb. Bu barədə klubun rəsmi açıqlamasında qeyd olunur: "İngiltərə Futbol Federasiyası tərəfindən haqqında araşdırma aparılan futbolçumuz Cake Livermore heyətdən kənarlaşdırılıb. Yekun qərar araşdırmaların nəticəsi bəlli olundan sonra açıqlanacaq".
Qeyd edək ki, İngiltərə Futbol Federasiyasının qərarlarına əsasən bu maddədən istifadə edən futbolçuya 6 ay cəza verilir. Matçdan sonra testləri müsbət çıхan futbolçularda isə cəza 2 ilə qədər uzanır.
Fanat.az