Premyer Liqada mövsüm bitdi: kim hara gedir?

Premyer Liqada mövsüm bitdi: kim hara gedir?
İngiltərə Premyer Liqasında 2014/15 mövsümü başa çatıb. Fanat.az хəbər verir ki, bu gün turun son oyunları keçirilib.
Mövsümün yekunlarına əsasən lider "Çelsi", "Mançester Siti" və "Arsenal" birbaşa Çempionlar Liqasının qrup, "Mançester Yunayted" pley-off mərhələsinə vəsiqə qazanıb.
5-ci pillədə qərarlaşan "Tottenhem" birbaşa Avropa Liqasının qrup mərhələsinə düşüb. Mövsümü 6-cı yerdə başa vuran "Liverpul" da qitənin ikinci dərəcəli klub turnirinə vəsiqə qazanıb. Lakin bu komandanın mübarizəyə hansı mərhələdən başlayacağı hələ bilinmir. "Arsenal" kubokun finalında "Aston Villa"nı yensə, "Liverpul" birbaşa qrupa vəsiqə qazanacaq. "Aston Villa" qələbə qazanıb, Avroliqanın qrupuna düşsə, "qırmızılar" III təsnifat mərhələsində yarışacaq.
Son 3 pilləni tutan "Hall Siti", "Barnli" və QPR "Çempionşip"ə yuvarlanıb. Aşağı liqada "Bormut" və "Uatford" birbaşa Premyer Liqaya yüksəlib. Son vəsiqənin sahibi isə pley-off mərhələsinin "Norviç"lə "Midlsbro" arasındakı final matçında müəyyənləşəcək.

1.

Çelsi

38

26

9

3

73:32

87

2.

Mançester Siti

38

24

7

7

83:38

79

3.

Arsenal

38

22

9

7

71:36

75

4.

Mançester Yunayted

38

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər