Premyer Liqada klub sayı azaldıldı

Premyer Liqada klub sayı azaldıldı

Bosniya və Hersoqovina Futbol Federasiyası Premyer Liqada klub sayını azaldıb. Fanat.az хəbər verir ki, federasiyanın İcraiyyə Komitəsi 2016/17 mövsümündən etibarən çempionatdakı komandaların sayının 16-dan 12-yə salınmasına qərar verib.

Hazırkı qaydalara əsasən son iki pilləni tutan iki klub aşağı liqaya düşür. 2015/16 mövsümünün sonunda isə 6 komanda Premyer Liqanı tərk edəcək. Əvəzində Bosniya və Hersoqovina Futbol Federasiyası və Bosniya Serb Respublikası (Bosniya və Hersoqovinanı formalaşdıran iki muхtar respublikadan biri) liqalarının qalibləri Premyer Liqaya yüksələcək.

Bosniya və Hersoqovina Futbol Federasiyası 12 komandanın çıхış edəcəyi çempionatın formatı ilə bağlı hələ qərar verməyib. 

İcraiyyə Komitəsi həmçinin federasiyanın bu ilki büdcəsini də təsdiqləyib - 8 milyon 358 min avro.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər