İngiltərə Premyer Liqasında V tur davam edir. Fanat.az xəbər verir ki, gecədə 6 qarşılaşma baş tutub.
Öz meydanında "Norviç" "Aston Villa"ya, "Liverpul" isə "Soutqemton"a minimal hesabla uduzub. "Everton" səfərdə "Vest Hem"i, "Hall Siti" isə səfərdə "Nyukasl"ı 3:2 hesabı ilə məğlub edib. Digər iki oyunda da ev sahibləri qələbə qazanıb. "Çelsi" "Fulhem"i 2:0, "Vest Bromviç" isə "Sanderlend"i 3 cavabsız qolla yenib.