Premyer Liqada görünməmiş müqavilə

Premyer Liqada görünməmiş müqavilə
Dünyanın ən dəyərli liqası hesab olunan İngiltərə Premyer Liqası üçün dünya tarixində görünməmiş müqavilə imzalanacaq. Fanat.az xəbər verir ki, çempionatın yayım hüququna sahib olan "Sky" və BT kanalları federasiyaya yeni təklif verməyə hazırlaşır.
İki kanal Premyer Liqanın yayım hüququna görə 2013-2016-cı illər üçün 3,7 milyard avro ödəyib. 6 ay sonra Premyer Liqa rəhbərliyi ilə danışıqlar masasına oturacaq "Sky" və BT 5 milyardlıq təklif irəli sürəcək.
Tərəflər bu məbləğə razılıq əldə edəcəyi halda Premyer Liqanı son pillədə bitirən komanda belə ildə 76 milyon avro yayım haqqı alacaq. Bu isə hələ də ildə 37 milyon avro əldə edən "Bavariya"nın qazancının iki qatından artıqdı.
Yayım gəlirləri necə bölüşdürülür?
Dünyada yayım gəlirləri müxtəlif formalarla bölüşdürülür. Aparıcı çempionatlarda bu prosesə nəzər yetirək:
İngiltərə: 3 il üçün 5 milyard avroluq müqavilənin bağlanması gözlənilən İngiltərə Premyer Liqasında gəlirlər 50-25-25 prinsipi ilə paylaşdırılır. Belə ki, ümumi gəlirin 50 faizi bütün klublar arasında bərabər şəkildə bölüşdürülür. 25 faiz nəticələ görə verilir. Qalan 25 faiz isə klubların həftəlik yayımlanan matç sayına görə bölünür.
İtaliya: "Milan", "İnter", "Roma" və "Yuventus" yayım hüququna sahib şirkətlə sərbəst şəkildə danışıqlar apararaq yayım gəlirlərinin 65 faizini aralarında bölüşdürürlər. Qalan klublar oyunlarının şifrəli kanallardan yayımlanması şərti ilə sərbst şəkildə danışıqlar apararaq yayım gəliri əldə edirlər.
Almaniya: Bundesliqada yayım gəlirlərinin 50 faizi bütün klublar arasında bərabər şəkildə bölünür. Qalan 50 faizini 75 faizi klubların son 3 ildəki uğurlarına görə paylanır, 25 fiazi isə son mövsümdəki uğurlara görə verilir.
İspaniya: La Liqada yayım hüququnun dəyəri 450 milyon avrodu. Bu məbləğin 150 milyonu "Real"la "Barselona"nın payına düşür. Qalan 300 milyon avro isə digər 18 klub arasında mövsümün sonundu tutduqları yerə görə bölünür.
Türkiyə: Qardaş Türkiyədə gəlirin 35 faizi bütün klublar arasında bölünür. 54 faizi nəticələrə börə paylaşdırılır. 11 faizi mükafat olaraq çempion komandaya verilir. "Digitürk" 2010-cu ildə TFF ilə 4 il üçün 321 milyon dollarlıq müqavilə bağlayıb.
Azərbaycan: Bütün dünyada yayım hüququnu əldə edən şirkət bunun qarşılığında pul ödəyir. Bu pullar isə klublar arasında bölüşdürülür. Azərbaycanda isə telekanallar nəinki yayıma görə pul verir, əksinə, klublardan oyunlarını yayımlamaq üçün pul istəyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər