Premyer Liqada fevral ayının ən yaxşı futbolçusu da məlum oldu

Premyer Liqada fevral ayının ən yaxşı futbolçusu da məlum oldu

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.

Fanat.Az xəbər verir ki, danimarkalı forvard ötən ay 4 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

21 yaşlı forvard bu mükafatı qazanan ilk danimarkalıdır.

Hoylund Fil Foden (“Mançester Siti”), Joao Qomez (“Vurverhempton”), Paskal Qross (“Brayton”), Rodriqo Muniz (“Fulhem”), Bukayo Saka (“Arsenal”) və Olli Uotkinsi (“Aston Villa”) geridə qoyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər