Premyer Liqada ən çox kim oyun idarə edib?

Premyer Liqada ən çox kim oyun idarə edib?
Topaz Premyer Liqasının ilk 7 turunin 33 oyununda (iki matç təxirə salınıb) 10 ədalət təmsilçisi baş hakim kimi meydana çıxıb. Fanat.az xəbər verir ki, Əliyar Ağayevlə Ömər Paşayev hamını qabaqlayıb. 
Belə ki, hər iki referi 5 oyun idarə edib. Onları 4 matçla Orxan Məmmədov, Ramil Diniyev və Elvin Əsgərov izləyir. Hamıdan az İnqilab Məmmədov təyinat alıb. Premyer Liqaya yeni gələn referi VII turun "Bakı" - "Araz Naxçıvan" oyununa təyinat alıb.

Baş hakimlər

Əliyar Ağayev

5

Fariz Yusifov

3

Ömər Paşayev

5

Rauf Cabbarov

3

Orxan Məmmədov

4

Rəhim Həsənov

2

Ramil Diniyev

4

Vüsal Əliyev

2

Elvin Əsgərov

4

İnqilab Məmmədov

1

33 oyunda təyinat alan yan xətt hakimlərinin sayı 21 nəfərdi. Onlardan ikisi hamıdan çox təyinat alıb. Belə ki, Elşən Acalovla Rza Məmmədov hərəyə 5 dəfə meydana çıxıb. 9 hakim 4 dəfə təyinat alıb. 5 nəfər 3, qalan 5 nəfər isə 1 oyunda iş başında olub.

Yan xətt hakimləri

Elşən Acalov

5

Cavanşir Yusifov

3

Rza Məmmədov

5

Munis Abdullayev

3

Azər Əsgərov

4

Mübariz Haşımov

3

Coşqun Həsənov

4

Rahil Ramazanov

3

Elman Musayev

4

Rəvan Həmzəzadə

3

İsgəndər Əliyev

4

Akif Əmrəli

1

Knyaz Əmiraslanov

4

Kamran Bayramov

1

Mehman Mahmudov

4

Namiq Hüseynov

1

Nahid Əliyev

4

Vaqif Musayev

1

Yaşar Abbasov

4

Vüsal Qənbərov

1

Zeynal Zeynalov

4

 

 

Premyer Liqa oyunlarına təyinat alan dördüncü şakimlərin sayı 13 nəfər olub. Teymur Fərhadov hamıdan çox etimad qazanıb. Belə o, Premyer Liqanın 33 oyununda 6-da iş başında olub. Fərhadovu 4 oyunla Mahir Məmmədov izləyir. 3 hakim - İnqilab Məmmədov, Ömər Paşayev və Rauf Cabbarov həm baş hakim, həm də dördüncü hakim kimi təyinat alıb. Məmmədov 2, Paşayevlə Cabbarov hərəyə 1 dəfə "dördüncü" olub.

Dördüncü hakimlər

Teymur Fərhadov

6

İnqilab Məmmədov

2

Mahir Məmmədov

4

Xəlil Hüseynli

2

Nail Nağıyev

3

Ziya Nəsirov

2

Ramil Əhmədov

3

Ömər Paşayev

1

Ramiz Məhərrəmov

3

Ramil Məmmədov

1

Sərxan İsmayılov

3

Rauf Cabbarov

1

Fərid Məmmədov

2

 

 

Mövsümün ilk iki turunda Hakimlər Komitəsi əlavə köməkçi hakimlərin köməyinə ehtiyac duysa da, sonradan bu təyinatları ləğv etdi. I və II turlarda 4 belə təyinat olub. Vüsal Əliyev 2 dəfə iş başında olubsa, 6 hakim 1 oyuna çıxıb.

Əlavə köməkçi hakimlər

Vüsal Əliyev

2

Ramil Diniyev

1

Elvin Əsgərov

1

Ramil Əhmədov

1

İnqilab Məmmədov

1

Rauf Cabbarov

1

Ömər Paşayev

1

 

 

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər