Premyer Liqada daha bir baş məşqçi istefası

Premyer Liqada daha bir baş məşqçi istefası
İngiltərənin "Fulhem" klubunun baş məşqçisi Martin Sol istefaya göndərilib. Fanat.az xəbər verir ki, bu barədə klubun sahibi Xan Martin qərar qəbul edib.
Klub sahibi "Onun səylərini təqdir edirik. Amma qazandığımız nəticələr bizi təəssüfləndirir. Azarkeşlərimiz daha artığına layiqdi. Qarşıda yarım mövsümdən artıq zaman var və təcili dəyişikliklərə əl atmağa məcburuq" deyib.
Xan Martin Rene Meulensteenin yeni baş məşqçi təyin olunduğunu bildirib: "Meulensteeni Martin Sola köməkçi gətirmişdik. Martinlə yollarımızı ayırdıqdan sonra baş məşqçi postunu ona təklif etdik. O da bu şansı və çətin missiyanı qəbul etdi".
Qeyd edək ki, 49 yaşlı Meulensteen 2007-ci ildən ötən mövsümün sonunadək "Mançester Yunayted"də Aleks Ferqyusonun köməkçisi olmuşdu. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər