Premyer Liqanın VIII turunda daha bir antirekord qeydə alınıb. Fanat.az xəbər verir ki, ötən gün başa çatan tur qol vurulmayan oyunların çoxluğuna görə digərlərini geridə qoyub.
Belə ki, “Neftçi” - “Qarabağ”, “Simurq” - “Qəbələ” və “Rəvan” - AZAL görüşləri qolsuz bitib. Əvvəlki 7 turda cəmi 4 oyun qolsuz başa çatmışdı. 2-ci və 4-cü turların hərəsində 1, ötən tur isə daha çox - 2 qarşılaşma 0:0 hesabı ilə nəticələnmişdi. Bu dəfə isə yeni antirekord qeydə alındı. VIII turun cəmi 2 oyununda qol vurulub. Belə ki, "Bakı" "Sumqayıt"ı, "İnter" "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, VIII turda cəmi 2 qol qeydə alınıb ki, bu da mövsümün antirekordudu. Bundan əvvəl bir turda ən azı 10 qol vurulmuşdu.