Premyer Liqanın XXII turunun 5 matçını 12500 nəfər canlı izləyib. Bu hər oyuna orta hesabla 2500 tamaşaçı deməkdi.
Bu mövsümün üçüncü nəticəsidi. Belə ki, IV turun oyunlarını 13450, XX turun qarşılaşmalarını isə 16100 nəfər stadionlardan canlı izləyib.
Ən çox fanat "Xəzər Lənkəran" - "Bakı" matçına toplaşıb. Lənkərandakı qarşılaşmanı 9500 nəfər izləyib. İki qarşılaşmada 1000, digər ikisində 500 nəfər olub.
Xəzər Lənkəran - Bakı (9500 tamaşaçı)
Simurq - Sumqayıt (1000 tamaşaçı)
Rəvan - Qarabağ (1000 tamaşaçı)
AZAL - Qəbələ (500 tamaşaçı)
Neftçi - İnter (500 tamaşaçı)
Ümumilikdə 22 turun 110 oyununu 183050 nəfər izləyib ki, bu da hər matça orta hesabla 1664 nəfər deməkdi. Ən çox azarkeş XX turun "Xəzər Lənkəran" - "Neftçi" oyununa toplaşıb - 11000 nəfər. XIX turun "Sumqayıt" - "Qəbələ" matçında isə 100 nəfər olub.
| Turlar üzrə azarkeş sayı | ||
| Tur | Azarkeş | Orta hesabla |
| I | 8500 | 1700 |
| II | 10600 | 2120 |
| III | 11100 | 2220 |
| IV | 13450 | 2690 |
| V | 6000 | 1200 |
| VI | 10550 | 2210 |
| VII | 5450 | 1090 |
| VIII | 10400 | 2080 |
| IX | 5800 | 1160 |
| X | 7550 | 1510 |
| XI | 8950 | 1790 |
| XII | 5000 | 1000 |
| XIII | 8700 | 1740 |
| XIV | 3700 | 740 |
| XV | 8050 | 1610 |
| XVI | 7200 | 1440 |
| XVII | 8050 | 1610 |
| XVIII | 5700 | 1140 |
| XIX | 1700 | 340 |
| XX | 16100 | 3220 |
| XXI | 8000 | 1600 |
| XXIII | 12500 | 2500 |
| Cəmi | 183050 | 1664 |
Fanat.az