Premyer Liqada 20-ci qələbə

Premyer Liqada 20-ci qələbə

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 20-ci qələbəsini qazanıb.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın 2-ci turuna təsadüf edib.

Naxçıvan təmsilçisi evdə “Şamaxı”nı üstələyib – 1:0. Bu, 80-ci matçına çıxan komandanın 20-ci uğuru olub.

“Araz-Naxçıvan” evdə 15-ci qalibiyyətini qazanıb. Digər 5 belə nəticə səfərdə gerçəkləşib.

Naxçıvanlılar ilk qələbəsini 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ı ilə səfər matçında əldə edib – 1:0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər