Premyer Liqada 2 yeni ölkə təmsilçisi

Premyer Liqada 2 yeni ölkə təmsilçisi

Topaz Premyer Liqasının VII turu 2 ölkə təmsilçilərinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub. Fanat.az xəbər verir ki, yarışın 21 illik tarixində ilk dəfə meydana Tacikistan və İsraildən olan futbolçular çıxıb.

“Qəbələ” – “Rəvan” oyununda qonaqların heyətində sonradan meydana çıxan Sohib Savankulov ilk tacikistanlı kimi Premyer Liqa tarixinə düşüb. Sarı vərəqə ilə də cəzalanan futbolçu 72-ci ölkə təmsilçisi olub. Tacikistan çempionatımızda Asiya Futbol Konfederasiyasını təmsil edən 6-cı ölkədi.

1 gün sonra keçirilən “Qarabağ” – “Simurq” matçında isə qonaqların heyətində israilli İdan Vaytsman debüt edib. 73-cü ölkə təmsilçisi olan legioner də sarı vərəqə ilə cəzalanıb. İsrail UEFA-ya daxil olan və çempionatımızda futbolçu ilə təmsil olunan 36-cı ölkə olub.

Qeyd edək ki cari mövsümdə Tacikistan və İsrailə qədər Kipr də bu siyahıya düşmüşdü.

UEFA-ya daxil olan - 36 ölkə

(Albaniya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Makedoniya, Moldova, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Şotlandiya Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan)

CAF-a daxil olan - 18 ölkə

(Burkina Faso, Əlcəzair, Kabo-Verde, Kamerun, Keniya, Konqo, Fil Dişi Sahili, Liberiya, Mali, Mərakeş, Misir, Nigeriya, Qana, Qvineya, Seneqal, Sierra Leone, Toqo, Tunis)

CONCACAF-a daxil olan - 6 ölkə

(ABŞ, Dominikan Respublikası, Honduras, Kosta-Rika, Meksika, Yamayka)

AFC-a daxil olan - 6 ölkə

(Cənubi Koreya, İran, Özbəkistan, Tacikistan, Türkmənistan, Avstraliya)

CONMEBOL-a daxil olan – 7 ölkə

(Argentina, Braziliya, Çili, Paraqvay, Boliviya, Kolumbiya, Uruqvay)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər